Modern.az

Azərbaycanda COVID statistikası həftədə bir dəfə açıqlanacaq 

Azərbaycanda COVID statistikası həftədə bir dəfə açıqlanacaq 

14 İyul 2023, 21:40

Azərbaycan Respublikasında COVID-19 pandemiyası artıq 4-cü ildir davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

 

Qeyd olunub ki, beynəlxalq təcrübəni nəzərə alaraq, növbəti həftədən başlayaraq COVID-19 ilə bağlı statistik hesabat həftədə bir dəfə olmaqla, hər həftənin bazar ertəsi günü ötən həftə ilə bağlı məlumatların cəmi formasında veriləcəkdir.

 

Gələcəkdə ehtiyac yarandığı halda COVID-19 ilə bağlı statistik hesabat yenidən gündəlik rejimə keçiriləcəkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?