Modern.az

Türkiyə və Azərbaycan xainlərə qarşı birgə hərəkət edəcək - Səfir

Türkiyə və Azərbaycan xainlərə qarşı birgə hərəkət edəcək - Səfir

Aktual

15 İyul 2023, 12:04

Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində çıxışı zamanı deyib.

 

"Yeddi il əvvəl çevrilişə qarşı dirəniş zamanı 44 günlük Vətən müharibəsində olduğu kimi Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayraqları da dalğalandırılıb. Bu, iki qardaş xalqın bir-birinə bağlığının daha bir sübutu idi", - səfir bildirib.

 

Yeddi il bundan əvvəl baş verən hadisələr zamanı həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyən diplomat bildirib ki, o zaman Türkiyə xalqı FETÖ-nün xain hücumuna qarşı inadla mübarizə apararaq tarixə imza atıb.

 

“FETÖ qlobal şəkildə öz fəaliyyətini hələ də davam etdirir və sülhə qarşı öz xain planlarını hər zaman həyata keçirməyə çalışır”, - səfir vurğulayıb.

 

Xatırladaq ki, Türkiyədə hərbi çevriliş cəhdindən 7 il ötür. 

Sizə yeni x var
Keçid et
Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində