Modern.az

Nazir Qubada vətəndaşları qəbul edəcək

Nazir Qubada vətəndaşları qəbul edəcək

17 İyul 2023, 10:13

İyulun 21-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Quba DAİM-ə (050-676-48-49) müraciət edə bilərlər.

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?