Modern.az

Bizdə pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır - TƏBİB

Bizdə pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır - TƏBİB

17 İyul 2023, 12:36

"Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır".

 

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib.

 

Onun sözlərinə görə, dövlət tibb müəssisələrində həkimlər 6 saat çalışır. TƏBİB rəsmisi bildirib ki tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir:

 

L.Lətifova vurğulayıb ki, Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır: "Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddətinə öyrəşmək lazımdır. Həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?