Modern.az

Baş nazirin reytinqi rekord həddə endi

Baş nazirin reytinqi rekord həddə endi

Aktual

19 İyul 2023, 16:12

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın reytinqi 25 faiz təşkil edərək rekord həddə enib.

 

Modern.az xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb. Bildirilib ki, bu göstərici iyun ayına nisbətən 6 faiz aşağıdır.

 

Baş nazirin reytinq göstəriciləri YouGov araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsaslanır.

 

Məlumata görə, respondentlərin 65 faizi Rişi Sunakın fəaliyyətindən narazıdır. Mühafizəkarlar partiyasının tərəfdarları arasında onun fəaliyyətini bəyənənlərin sayı 47 faiz, əksini düşünənlər isə 45 faiz təşkil edib.

 

Xatırladaq ki, Rişi Sunak Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına 2022-ci il oktyabr ayının sonunda başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?