Modern.az

Su hövzəsinə çirkab suyu axıdan şəxs məsuliyyətə cəlb olundu

Su hövzəsinə çirkab suyu axıdan şəxs məsuliyyətə cəlb olundu

20 İyul 2023, 09:36

Yevlaxda su hövzəsinə çirkab suyu axıdan şəxs müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

 

Tədbir zamanı çirkab suyunun su hövzəsinə axıdılması, eləcə də məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması faktı aşkar edilib.

 

Qeyd olunan faktla bağlı bir nəfər inzibati məsuliyyəttə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsinə əsasən protokol tərtib olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?