Modern.az

Gürcüstan 19 Azərbaycan vətəndaşını deportasiya etdi

Gürcüstan 19 Azərbaycan vətəndaşını deportasiya etdi

Aktual

20 İyul 2023, 13:20

Gürcüstan bu ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşını deportasiya edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) rüblük hesabatında bildirilib.

 

Qeyd olunub ki, ölkədən çıxarılan Azərbaycan vətəndaşlarından 10-u yetkinlik yaşına çatmayan, 2-si 18-25 yaş aralığından, 3-ü 26-40 yaş aralığından, 4-ü isə 41-65 yaş aralığındandır.

 

Ümumilikdə, aprel-iyun ayları ərzində Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 12-si qadın, 7-si isə kişi olub.

 

Statistikaya əsasən, bu il Gürcüstandan ümumilikdə 32 Azərbaycan vətəndaşı deportasiya edilib.

 

Cari ilin birinci yarısında Gürcüstandan ən çox deportasiya edilənlər Azərbaycan vətəndaşları olublar.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?