Modern.az

Politoloq XİN-ə səsləndi: Zaxarovaya cavab verin!

Politoloq XİN-ə səsləndi: Zaxarovaya cavab verin!

Aktual

20 İyul 2023, 15:48

Bir sıra xəbər saytının başlığına çıxarılan “Zaxarova Türkiyəyə meydan oxuyur” cümləsini əslində “Zaxarova Azərbaycana meydan oxuyur” kimi də yazmaq olar.

 

Modern.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu feysbuk hesabında yazıb.

 

O, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbərini Rusiya rəsmisi Mariya Zaxarovaya cavab verməyə çağırıb.

 

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğan NATO-nun Vilnüs zirvə toplantısında “Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağı tərk etməlidir” cümləsi ilə Kreml sahibi Vladimir Putinə mesaj göndərməklə Azərbaycana dəstəyini ifadə etmişdi. Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ərdoğanın bu açıqlamasına “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil” deyərkən Türkiyə ilə yanaşı, Azərbaycanı da hədəf alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü rusiyalı həmkarının Ankara və Bakıya göndərdiyi “mesaja” reaksiya verməli, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda, o cümlədən Qarabağda yeri və rolu barədə Moskvaya tutarlı cavab yayımlamalıdır", - deyə Elxan Şahinoğlu qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?