Modern.az

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Aktual

20 İyul 2023, 17:14

Avropa İttifaqı Şurası Rusiyaya qarşı bütün iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ Şurası bəyanat yayıb.

 

“Şura bu gün Rusiyanın iqtisadi sektorlarına qarşı qadağaların altı ay – 2024-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib”, - bəyanatda deyilir.

 

Məlumat üçün bildirək ki, sanksiyalar ilk dəfə 2014-cü il avqustun 1-də qüvvəyə minib və hər altı aydan bir uzadılıb. Avropa İttifaqı 2022-ci ilin fevralından bəri Rusiyaya qarşı birtərəfli sanksiyaları 11 yeni məhdudiyyət paketi ilə sərtləşdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?