Modern.az

Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi 

Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi 

20 İyul 2023, 20:51

Lənkəranda dənizdə boğulma təhlükəsi ilə üzləşən Biləsuvar rayon sakinləri xilas ediliblər.

 

Modern.az xəbər verir ki, aidiyyəti orqanlara Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində iki nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Məlum olub ki, boğulma təhlükəsi ilə üzləşənlərdən biri yeniyetmə, Biləsuvar rayon sakini, 2010-cu il təvəllüdlü A.Rüstəmova və Biləsuvar rayon sakini, 1985-ci il təvəllüdlü R.Hüseynovadır.

 

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?