Kiyev öz taxılını Qara dəniz vasitəsilə ixrac etmək üçün istənilən riskə getməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Time” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna təhlükə səviyyəsini azaltmaq üçün maraqlı tərəflərlə əlaqə qurmağı planlaşdırır.
Kuleba qeyd edib ki, Rusiya bu dəfə taxıl müqaviləsi ilə bağlı mövqeyini dəyişməyəcək: “Biz istənilən riskə hazırıq. Düşünürəm ki, dünyaya mesajımız budur: Rusiya bizə lazım deyil”.