İtaliya sahillərində 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində kokain daşıyan gəmi saxlanılıb.
Modern.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, polis gəmidə olan 20 nəfəri məsuliyyətə cəlb edib.
Saxlanılan şəxslərdən 5-i gəminin ekipaj üzvüdür. Palau bayrağı altında üzən gəmidə saxlanılan digər 15 nəfərin Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşları olduğu bildirilir.
İtaliya polisi onları Palermo limanına çatdırıb.