Modern.az

Ağsuda 1 tondan artıq çətənə kolu məhv edildi

Ağsuda 1 tondan artıq çətənə kolu məhv edildi

22 İyul 2023, 12:56

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Xanbulaq kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 250 kiloqram olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?