Modern.az

Rusiya ordusu cavabını alacaq - Zelenski

Rusiya ordusu cavabını alacaq - Zelenski

23 İyul 2023, 11:10

“Rusiya ordusu dinc şəhərlərə endirdikləri raket zərbələrinə görə mütləq cavabını alacaq”.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

“Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına (hərbçiləri – red.) mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, - deyə, o bildirib.

 

Onun sözlərinə görə, hazırda Odessaya gecə hücumu nəticəsində zərərçəkən şəxslərin hamısına lazımi yardım göstərilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?