Modern.az

Azərbaycan müstəqil siyasət yürüdür

Azərbaycan müstəqil siyasət yürüdür

24 İyul 2023, 15:52

Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Qərb mətbuatında Azərbaycanla bağlı səhv təsvirin verilməsindən danışıb.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycana gəldikdə, bununla bağlı meyarların müxtəlif olduğunu bildirib. Prezident İlham Əliyev deyib:

 

“Əsas olmasa da, həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Lakin, bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?