Modern.az

Şəhid Rəşad Atakişiyevin məzarı ziyarət edildi - FOTOLAR

Şəhid Rəşad Atakişiyevin məzarı ziyarət edildi - FOTOLAR

24 İyul 2023, 16:24

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 4-cü ildönümü ilə əlaqədar müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və bir qrup hərbi qulluqçu İkinci Şəhidlər xiyabanını ziyarət edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və bir zabit olaraq milli-mənəvi dəyərlərimizə bağlılığından söhbət açılıb.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?