Xəbər verdiyimiz kimi, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu keçirilib. Komandamız yekunda Andorraya 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.
Modern.az bildirir ki, qələbə qazanan millimiz hazırda Vətənə qayıdır.
Təyyarədə kapitan idmançılarımızı təbrik edib.
Həmin görüntüləri təqdim edirik: