"Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib".
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan bir-birinə etibar etmir.
"Ona görə də inamsızlığı aradan qaldırmaq üçün addımlar atılmalıdır", - deyə Baş nazir qeyd edib.