Avropa İttifaqı Ukrayna üçün növbəti maliyyə yardımını təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter" hesabında bildirib.
"Mən Rusiyanın Ukraynanın taxıl anbarı və ixrac infrastrukturuna zərbələrini qətiyyətlə pisləyirəm. Rusiya amansız müharibəsini davam etdirdiyi bir zamanda biz də Ukraynanı dəstəkləməyə davam edirik. Bu gün biz dövlət xərclərinə və infrastrukturun təmirinə kömək etmək üçün daha 1,5 milyard avro ödədik", - Ursula von der Leyen deyib.
O əlavə edib ki, Avropa İttifaqı Ukraynaya yardım etməyə davam edəcək.