Modern.az

Evlərdən oğurluq edən yeniyetmələr saxlanıldı

Evlərdən oğurluq edən yeniyetmələr saxlanıldı

26 İyul 2023, 11:38

Qalada evlərdən oğurluq edən yeniyetmələr saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsindəki bir evdən 3150 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları, digər evin həyətindən isə 1500 manat dəyərində avtomobil ehtiyat hissələri və rezin boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?