Modern.az

\"Kamaz\"larla qanunsuz torpaq daşıyanlar cərimələndi

\

26 İyul 2023, 12:10

Bakıda qanunsuz torpaq daşınması ilə bağlı akt tərtib olunub.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisindən gecə saatlarında "Kamaz" markalı 56-BX-332, 56-BE-161, 56-BD-089, 56-BD-562, 56-BX-717 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz torpaq daşındığı müəyyən edilib.

 

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?