Modern.az

Türkiyədə meşə yanğınları 36 saatdır davam edir

Türkiyədə meşə yanğınları 36 saatdır davam edir

26 İyul 2023, 12:58

Türkiyənin Kəmər şəhərində meşə yanğınları 36 saatdan çoxdur davam edir.

 

Modern.az “Ahaber” telekanalına istinadən xəbər verir ki, yanğın güclü külək səbəbindən geniş əraziyə yayılıb.

 

Son məlumata görə, 180 hektarlıq meşə sahəsi yanıb. Yanğının yaşayış məntəqələri və hotellər üçün təhlükəsi yoxdur.

 

Türkiyənin cənubunda isti hava şəraiti həftəsonunadək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?