Modern.az

Qazaxda 8 ton çətənə kolu məhv edildi

Qazaxda 8 ton çətənə kolu məhv edildi

Aktual

27 İyul 2023, 09:56

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətnin əməkdaşlarının birgə keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fərəhli, Abbasbəyli, Yuxarı Salahlı və Birinci Şıxlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, ümumi çəkisi 7 ton 780 kiloqram olan çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?