Modern.az

130 mediator işdən çıxarılıb

130 mediator işdən çıxarılıb

Aktual

27 İyul 2023, 11:39

Cari ilin ilk 6 ayı ərzində mediasiya ilə bağlı Ombudsmana şikayətlər qeydə alınmayıb.

 

Modern.az xəbər verir ki, bunu Mediasiya islahatları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilmiş ilkin müzakirə zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

 

"Bununla belə, əvvəlki illərdə qeyd olunan sahə ilə əlaqədar Ombudsmana ünvanlanmış şikayətlər əsas etibarı ilə mediatorlar tərəfindən etik davranış normalarının pozulması, mediasiya sessiyası zamanı tərəflərin hüquq bərabərliyinin təmin olunmaması, mediasiya sessiyası barədə bildirişin təqdim edilməməsi və sənədləşmə prosesindəki nöqsanlarla bağlı olub", - Ombusdman əlavə edib.

 

Səbinə Əliyeva şikayətlərlə əlaqədar Ombudsman tərəfindən Mediasiya Şurasına ünvanlanmış müraciətlər əsasında operativ araşdırmalar aparıldığını, pozuntu müəyyən edildiyi hallarda onların aradan qaldırılmasının təmin edildiyini qeyd edib.

 

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov isə deyib ki, bu müddət ərzində 130 mediator işdən uzaqlaşdırılıb.

 

"Onların 70-dən çoxu ilə bağlı intizam icraatı başlayıb, onlarla bağlı müvafiq ölçü götürülüb, ümumilikdə nizam-intizam qaydaları daimə diqqətdə saxlanılır, - o əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?