Modern.az

Baş prokurorlar arasında memorandum imzalandı - FOTO

Baş prokurorlar arasında memorandum imzalandı - FOTO

27 İyul 2023, 11:50

Bu gün Bakıda "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

 

Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

 

İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?