Modern.az

Millimizin oyununun keçiriləcəyi stadion dəqiqləşdi

Millimizin oyununun keçiriləcəyi stadion dəqiqləşdi

27 İyul 2023, 12:52

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

 

Modern.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

 

Qarşılaşma saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?