Modern.az

“İphone” oğrusu narkoman çıxdı

“İphone” oğrusu narkoman çıxdı

Aktual

27 İyul 2023, 17:16

Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə iyulun 22-də Bakı şəhər sakini B.Elyasovun “İphone” markalı mobil telefonunun soyğunçuluq yolu ilə naməlum şəxs tərəfindən talanması barədə məlumat daxil olub.

 

25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Hüseynov müəyyən olunaraq saxlanılıb.

 

Axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?