Modern.az

Güclü Azərbaycan güclü Türkiyə deməkdir - Hakan Fidan

Güclü Azərbaycan güclü Türkiyə deməkdir - Hakan Fidan

Aktual

31 İyul 2023, 13:54

“Bir millət, iki dövlət" Azərbaycanla Türkiyənin tale birliyidir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir: “Bugünkü görüşdə bu məsələləri, o cümlədən iqtisadi əlaqələrimizi müzakirə etdik”.

 

H.Fidan qeyd edib ki, Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir: "Beynəlxalq ictimaiyyət də bu məsələyə dəstək olmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək