Modern.az

Rusiyaya 11 milyon mərmi satan ölkə

Rusiyaya 11 milyon mərmi satan ölkə

Aktual

16 Mart 2026, 17:27

Müharibə başladıqdan sonra Şimali Koreya Rusiyaya 11 milyona qədər mərmi ötürüb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təchizat 2023-cü ilin yayında başlayıb. O vaxtdan bəri 4 Rusiya gəmisi Şimali Koreyaya ən azı 112 səfər edərək Rusiya ordusuna 8-11 milyon mərmi çatdırıb.

Orta hesabla Şimali Koreya Rusiyaya ayda təxminən 350.000 mərmi tədarük edib. Bu miqdar Rusiya ordusunun təxminən bir aylıq hücum əməliyyatlarını davam etdirməsi üçün kifayət edərdi.

Zaman keçdikcə Şimali Koreyanın sursat təchizatı donanmasının həcmi azalıb. 2026-cı ilin əvvəlindən bəri yeni tədarük faktı aşkar edilməyib. Bu, Rusiyanın öz mərmi istehsalını artırması və ya Şimali Koreyanın ehtiyatlarının tükənməsi ilə izah edilə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu