Modern.az

Antiterror şəhidlərinin bank borcları tam şəkildə silinib - AÇIQLAMA

Antiterror şəhidlərinin bank borcları tam şəkildə silinib - AÇIQLAMA

Aktual

28 Noyabr 2023, 12:14

Bu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizin borcları ilə bağlı Azərbaycan Banklar Assosiyasiyası toplantı keçirmiş və şəhid olanların bank borcları silinməsi ilə bağlı qərar qəbul etmişdi. 

 

Qərarda bildirilir ki, şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə və yaralanmış hərbiçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

 

Maraqlıdır, şəhidlərin borcların silinməsi hansı mərhələdədir?

 

Modern.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət edib.

 

Assosiasiyasının sədri Zakir Nuriyev sorğumuza cavab olaraq bildirib ki, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən bizə təqdim olunan siyahıda təqdim olunan bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib.

 

O, silinən məbləğin nə qədər olduğunu açıqlamayıb.

 

"Təqdim edilən bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib. Bu, biraz həssas mövzudur. Neçə nəfər olmasından, məbləğin nə qədər olmasından asılı olmayaraq biz istəyərik ki, hamısının borcları silinsin", - Zakir Nuriyev vurğulayıb.

 

Qeyd edək ki, antiterror tədbiləri sentyabrın 19-20-sində həyata keçirilib. Əməliyyat nəticəsində Qarabağdakı separatçı rejim təslim olmuş və özünü buraxmaq barədə qərar qəbul etmişdi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran yaşayış məntəqələri Azərbaycan ordusunun nəzarətinə keçib.

 

Müdafiə Nazirliyinin məlumatında antiterror tədbirləri zamanı şəhid olan qulluqçuların sayı 192 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi