Modern.az

Bakının iki rayonuna qazın verilməsi DAYANDIRILACAQ

Bakının iki rayonuna qazın verilməsi DAYANDIRILACAQ

Aktual

3 Aprel 2026, 09:28

Bu gün Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-dan aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi və Məhəmməd Əmin Rəsulzadə qəsəbələrində, Mədən ərazisində, Baksol yolunda, Binəqədi şosesində, eləcə də Kənd Əhmədli yaşayış sahəsində, Məhəmməd Hadi və Neapol küçələrində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?