Modern.az

Ziya Məmmədovun eks-deputat qardaşına yeni vəzifə verildi

Ziya Məmmədovun eks-deputat qardaşına yeni vəzifə verildi

28 Noyabr 2023, 13:12

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinin müdiri Elton Məmmədov vəzifəsindən azad edilib. 

Modern.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, Samir Hüseynov sözügedən şöbənin müdiri təyin olunub. 

Elton Məmmədov isə yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib. Bununla bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri olan Elton Məmmədov həm də keçmiş deputatdır. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi