Modern.az

Goranboyda 2023-cü ilin yekunları müzakirə olundu - FOTO

Goranboyda 2023-cü ilin yekunları müzakirə olundu - FOTO

5 Fevral 2024, 10:42

Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” ilə bağlı, ümumrayon hesabat iclasına hazırlıq işlərinin aparılması, mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə  RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, ərazilərdə aparılan tikinti işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə monitorinqlərin davam etdirilməsi və Şöbələr üzrə verilmiş tapşırıqların icrası vəziyyəti barədə Aparat iclası keçirilib.

 

Modern.az xəbər verir ki, qeyd olunan məsələlərlə bağlı, müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI