Modern.az

Füzulidə uşaqların tibbi müayinəsi keçirilir - FOTO

Füzulidə uşaqların tibbi müayinəsi keçirilir - FOTO

5 Fevral 2024, 11:54

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, məqsəd işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə tövhə verməkdən ibarətdir.

 

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun keçirdiyi ilk belə tədbir azad olunan Füzuli şəhərində baş tutub. Tədbir çərçivəsində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?