Xəbər verdiyimiz kimi, ötən gün Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb.
Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.
Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib. "Report" yazıb ki, Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.
Modern.az məsələ ilə bağlı Çexiya səfirliyinə sorğu ünvanlayıb. Səfirlik məsələ ilə bağlı şərh verməkdən imtina edib.
"Bu məsələ ilə bağlı fikir bildirilmir", - açıqlamada deyilir.
Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində olurlar. Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.