Modern.az

Bakı-Sumqayıt yolunda avtobusların sürəti artıb

Bakı-Sumqayıt yolunda avtobusların sürəti artıb

Aktual

5 Fevral 2024, 14:18

Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb, sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb.

 

Bu barədə Modern.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

"Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır", - deyə qurum bəyan edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI