Modern.az

Kəlbəcərlilər İlham Əliyevə səs vercəklər - FOTO

Kəlbəcərlilər İlham Əliyevə səs vercəklər - FOTO

Aktual

5 Fevral 2024, 15:40

Bakı və Sumqayıt şəhərlərində yaşayan Kəlbəcərli seçicilərlə görüşlər keçirilib.

 

2024-ci il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Bakı şəhərində məskunlaşmış Kəlbəcər seçicilərlə “DəmirYolları QSC–nin akt zalında və YAP Sumqayıt şəhər təşkilatının qərargahında görüşlər keçirilib.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

 

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Millət vəkili Aqil məmmədov, təbliğat-təşviqat qrupunun üzvlərindən YAP Veteranlar şurasının üzvü Şahlar Əsgərov, İqtisad elimləri doktoru Aqil Əsədov, Əşəkdar jurnalist Adil Cəmil, ziyalılardan Bəhlul Qocayev, professor Muğan Salahov, Mayıl Adilov, Ələmdar Geşdəkli, Töhfə İbadova, əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Qorxmaz Tofiqoğlu, gənclərdən Cəfər Muxtarzadə, Aysel Məmmədova, Yusif Mehdiyev   və başqaları çıxış ediblər. Çıxışlarda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan milli dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından və digər əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub. Qeyd olunub ki, müharibədən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsində qızıl hərflərlə əbədi yazılacaq. 

 

Natiqlər seçiciləri 7 fevralda məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş, bugünümüzün və gələcəyimizin təminatçısı qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar. 

 

Görüşlərdə çıxış edən seçicilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI