Modern.az

Roma Papası Türkiyəyə səfərə hazırlaşır

Roma Papası Türkiyəyə səfərə hazırlaşır

Aktual

1 İyul 2024, 09:40

Roma Papası Fransisk 2025-ci ildə Türkiyəyə səfər etməyi planlaşdırır. Modern.az xəbər verir ki, Papa bu barədə Romada Fənər Rum Patriarxlığının nümayəndə heyəti ilə görüşündə bildirib.

Səfərin məqsədi Birinci Nikeya Şurasının 1700 illik yubileyinin qeyd edilməsində iştirak etməkdir. Papa Fransisk bu səyahəti "bütün qəlbimlə etmək istəyirəm”, - deyə vurğulayıb.

Qeyd edək ki, Roma Papası Fransisk Türkiyəyə ilk dəfə 2014-cü ildə səfər edib.

Roma imperatoru I Konstantin tərəfindən çağırılan Birinci Nikeya Şurası xristianlıq tarixində mühüm rol oynamış, bir sıra mühüm doqmatik məsələləri həll etmişdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ