Modern.az

Tovuzda narkokuryer saxlanıldı

Tovuzda narkokuryer saxlanıldı

Aktual

1 İyul 2024, 09:48

Tovuzda narkokuryer saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Rəşad Babakişiyev saxlanılıb. Həmin şəxsdən 1 kiloqram 810 qram heroin və 1 kq 690 qram marixuana aşkarlanıb.
Araşdırmalarla zamanı R. Babakişiyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

 

Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Asif Abdullayev saxlanılıb. Onun evinə baxış zamanı “TT” və “PSM” markalı tapançalar, sandıqca, eləcə də 3 ədəd patron aşkarlanıb. O, silahları bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

 

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ