Modern.az

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatdı

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başa çatdı

Aktual

1 İyul 2024, 12:16

Azərbaycandan olan zəvvarların Həcc ziyarəti başa çatıb.

Modern.az xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O bildirib ki, bu gün zəvvarların sonuncu qrupu vətənə dönəcək.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb və mayın 29-da başa çatıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ