Modern.az

Paşinyan Ermənistanın Avrpopa İttifaqına üzvlüyündən danışdı

Paşinyan Ermənistanın Avrpopa İttifaqına üzvlüyündən danışdı

Aktual

1 İyul 2024, 12:38

Ermənistan Avrpopa İttifaqının (Aİ) mümkün hesab etdiyi qədər ona yaxınlaşmağa hazırdır.
 

Modern.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Demokratiya Uğrunda Erməni Forumunda çıxışı zamanı deyib.

“Əgər mən düşünsəm ki, Ermənistan xalqı bu ideyanı dəstəkləmir, belə bəyanat verməzdim, Ya da Ermənistan xalqının bu ideyanı dəstəkləmədiyi bir şəraitdə belə bir bəyanat versəydim, heç olmasa bu açıqlamadan sonra Ermənistanın baş naziri olmazdım”.
 

Aİ-yə daxil olmaq üçün referendumun keçirilməsi məsələsilə bağlı Paşinyan deyib ki, bunu məqsədəuyğun saymır:

“Xalqın fikrini öyrənmək üçün referendum keçirmək... Mən Ermənistan xalqını təmsil etmək səlahiyyətinə malik bir məmur kimi, onun fikrini bilirəm”.


“İndi referendum keçirilsin, ya yox, problem nədir? Referendum keçirsək, təbliğat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: Aİ bunu necə, nə vaxt istəyir, ya yox? İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Mən bu suala cavab verə bilmərəm, çünki Aİ daxilində də proseslər gedir ki, ən azı seçkinin nəticələri ilə bağlı suallar yaranır. Biz ən yüksək səviyyədə siyasi iradə bəyan etdik”, - deyə o əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ