Modern.az

Azərbaycan “yaşıl enerji” sektoruna ciddi sərmayə qoyur - Nazir

Azərbaycan “yaşıl enerji” sektoruna ciddi sərmayə qoyur - Nazir

Aktual

1 İyul 2024, 12:53

Azərbaycan hökuməti xarici investorlarla birlikdə hazırda ölkədə “yaşıl enerji” sektoruna ciddi sərmayə qoyur.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasında kənd təsərrüfatı naziri, Komissiyanın yerli həmsədri Məcnun Məmmədov bildirib.

 

M. Məmmədov deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Azərbaycan bu baxımdan etibarlı tərəfdaş hesab olunur:

“Bolqarıstanla enerji sahəsində güclü əməkdaşlığımız var. Bu yaxınlarda SOCAR-ın Sofiyada ofisinin açılışı və “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində imzalanmış memorandum bizim bu əməkdaşlığı genişləndirməyə güclü istəyimizə sübutdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ