Modern.az

Prokuror Sümbülə Əliyevaya yüngül cəza istədi

Prokuror Sümbülə Əliyevaya yüngül cəza istədi

Aktual

1 İyul 2024, 13:50

1 saylı Hüquq Məsləhətxanasının mənimsəmədə ittiham olunan sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

 

Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

 

Prokuror S.Əliyevanın verilmiş ittihamla təqsirli bilinməsini, Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il azadlıqdan məhrum edilməsini tələb edib.

 

S.Əliyevanın ittiham edildiyi maddənin sanksiyasında 5-ildən 10 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

 

Lakin prokuror cəza tələbində müttəhim vəkilin səhhətini və yaşını nəzərə alıb.

 

Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib.

 

Qeyd edək ki, Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. O, əvvəl azadlıqda olsa da, məhkəmədən yayındığı üçün həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ