Modern.az

Masallı polisi əməliyyat keçirdi - Keçmiş məhkumda xeyli narkotik aşkarlandı

Masallı polisi əməliyyat keçirdi - Keçmiş məhkumda xeyli narkotik aşkarlandı

Aktual

1 İyul 2024, 13:18

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Rüfət Ağabalayev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, R.Ağabalayevdən ümumilikdə 7 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

 

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ