Modern.az

Yunanıstan altı günlük iş həftəsinə keçib

Yunanıstan altı günlük iş həftəsinə keçib

Aktual

1 İyul 2024, 13:22

Yunanıstanda iyulun 1-də dövlət sektorunda bir sıra qurum, şirkət və bankların 6 günlük iş həftəsində çalışmasına icazə verən qanun layihəsi qüvvəyə minib.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan KİV məlumat yayıb.

 

Qeyd olunub ki, qanun layihəsi qəbul edilərkən əhalinin fikri nəzərə alınmayıb. Bununla belə, işçilər 6 günlük iş rejimində çalışmaqdan imtina edə bilməyəcəklər.

 

Qeyd edək ki, sözgüdən qanun layihəsi Yunanıstansa mart ayının 1-də qüvvəyə minməli idi, lakin ölkə hökuməti Avropa Parlamentinə seçkilərin nəticələrinə təsir edəcəyindən ehtiyat edərək, qanunun qəbulunu iyulun 1-dək təxirə salmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ