Modern.az

Ramzan Kadırov əmisi oğluna yüksək vəzifə verdi

Ramzan Kadırov əmisi oğluna yüksək vəzifə verdi

Aktual

2 İyul 2024, 16:17

Rusiyanın Çeçenistan muxtar respublikasının rəhbəri Ramzan Kadırov əmisi oğlu Həmzət Kadırovu Çeçenistan Şurasının katibi təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Ramzan Kadırov Telegram kanalında bildirib. O, həmçinin Çeçenistan muxtar respublikasında bir sıra yeni təyinatlar edib və bu barədə Teleqram mesajında ​​ictimaiyyətə məlumat verib.


Çeçenistan rəhbəri ümid etdiyini bildirib ki, yeni məmurlar və əmisi oğlu rəhbər vəzifələrdə işləmək üçün zəngin təcrübə və biliyə malik olduqları üçün onlara verilən tapşırıqları layiqincə yerinə yetirə biləcəklər.

Həmzət Kadırov bundan əvvəl Ramzan Kadırovun müşaviri vəzifəsini tutub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”