Modern.az

Xamenei xalqı səsverməyə ÇAĞIRDI

Xamenei xalqı səsverməyə ÇAĞIRDI

3 İyul 2024, 16:26

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Xamenei 5 iyulda keçiriləcək prezident seçkiləri öncəsi xalqa tövsiyələr verib .

Modern.az-ın məlumatına görə, Xamenei deyib:

“İslamı, İslam Respublikasını və ölkənin inkişafını sevənlər bunu seçkilərdə iştirak etməklə göstərməlidirlər”.

O, prezident seçkilərinin ikinci turunun əhəmiyyətinə toxunaraq, bildirib ki, “ilk turda səs verməyənlərin sistemin əleyhinə olduğunu düşünmək tamamilə yanlışdır”.

“İctimai iştirakçılıq İslam Respublikası sisteminə dəstəkdir, şərəf mənbəyidir, qürur mənbəyidir. Əgər xalqın daha aydın və daha yaxşı iştirakı olarsa, İslam Respublikası sistemi öz məqsədlərinə çata bilər. Ona görə də ictimaiyyətin iştirakı ölkə üçün böyük imkandır”, - deyə Ayətullah Xamenei seçiciləri səsəverməyə çağırıb

İranda prezident seçkilərinin ikinci turu cümə günü, iyulun 5-də keçiriləcək. Seçkidə iki namizəd mübarizə aparacaq: mühafizəkarları təmsil edən Səid Cəlili və islahatçıların dəstəklədiyi Məsud Pezeşkian.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”