Modern.az

Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib - FOTO

Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib - FOTO

Aktual

3 İyul 2024, 16:10

Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib.

 

Modern.az xəbər verir ki, konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.

 

Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunub. Belə ki, Rinoplastika, Endoskopik Sinus Cərrahiyyəsi, buruna Dolğu Botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər müzakirə edilib.

 

Konqresin 1-ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən - Rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olmuşdur.  Konqresdə dünyaca məşhur Professor Eren Taştan ilk dəfə Azərbaycanda Rinoplastika fəlsəfəsi və canli cərrahiyyə kursu verib. O, rinoplastika əməliyyatını incəlikləri haqda çıxış etmiş və canlı əməliyyat, əməliyyat texnikaları əməliyyatxanadan birbaşa izlənib.

 

Azərbaycanın təcrübəli həkimləri, eləcə də Türkiyənin məhşur universitet və klinikalarının professor-müəllim heyətinin qatıldığı konqresdə cərrahlar və mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşüblər.
Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı iştirakçılar qarşısında burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları əhatə edən master-klass keçib.

 

Qeyd edək ki, konqres Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”