Modern.az

İpək şəhərində XIII “İpək yolu” Festivalı

Aktual

7 İyul 2024, 13:45

Cavanşir FEYZİYEV,  

fəlsəfə doktoru

 

Şəkidə XII Böyük İpək yolu Beynəlxalq Musiqi Festivalı keçirilir qədim Şəki  şəhəri tarixi İpək Yolu üzərində yerləşən və min illər ərzində bir-biri ilə ticari-iqtisadi əlaqələrə malik olmuş onlarla ölkənin mədəniyyət təmsilçilərini bu il də bir araya gətirib. Böyük İpək yolu həm tarixən, həm də bu gün, sadəcə, ticari-iqtisadi mahiyyət daşımır.

 

Bu yollarda ayrı-ayrı xalqların dünyagörüşü və adət-ənənələrinin daha geniş arealda yayılması və qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi kimi geniş miqyaslı  mədəniyyət mübadiləsi baş verib. Bu yollar həyat və düşüncə tərzinə görə bir-birindən köklü surətdə fərqlənən xalqların universal bəşəri dəyərlərə yiyələnməsinə yol açıb.  Xüsusi bir nəvazişlə İpək yolu adlandırdığımız Şərq–Qərb dəhlizi bu gün də öz tarixi missiyasını davam etdirməkdədir. Qədim İpək yolu üzərində yerləşən xalqların mədəniyyət təmsilçilərinin qədim ipək şəhəri Şəkidə bir araya gəlməsi də bu tarixi missiyanın çağdaş dövrümüzdəki davamıdır.

 

Tarixən Avropa ilə Asiya arasında körpü rolunu oynamış “Böyük İpək yolu”nun bərpası ölkəmiz qarşısında yeni inkişaf üfüqləri açmaqdadır. Azərbaycanın zəngin təbii xammal ehtiyatları və Avropadan Asiyaya uzanan ticarət yolu üzərindəki əlverişli coğrafi mövqeyi dünya birliyi üçün onun geostrateji əhəmiyyətini artıran başlıca amillərdəndir. Böyük İpək yolu Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarındakı təbii ehtiyatlardan səmərəli istifadə və qarşılıqlı faydalı əməkdaşlıq baxımından bütün zamanlarda önəmli əhəmiyyət kəsb etmişdir.

 

Bu tarixi yolun bərpası və inkişaf etdirilməsi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlməsində, onun mənəvi oyanışında və inteqrasiya proseslərində misilsiz əhəmiyyətə malikdir. İlk dövrlərdə Şərq–Qərb əlaqələrinin yaxınlaşması prosesində kommunikativ rol oynayan Böyük İpək yoluna hazırda mədəniyyətlə yeni nəfəs verilməsi çox böyük önəm daşıyır.

 

Türk dövlətləri bu yolun qorunub saxlanılması üçün tarixin bütün dövrlərində xeyli cəhdlər göstərmişlər. Bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən Böyük İpək yolu eramızdan əvvəl  əsrdən başlayaraq, indən Qərb istiqamətində ticarət karvanlarının hərəkət etməsi sayəsində xarici ticarət əlaqələrinin yaranmasına səbəb olmuşdu. Odlar yurdu Azərbaycan hələ antik dövrlərdə Böyük İpək yolu zəncirində olduqca önəmli həlqə, strateji mövqeyə malik bir region kimi qiymətləndirilirdi. Şərq və Qərb ölkələri arasında ticarət yollarının ölkəmizin ərazisindən keçməsi bütövlükdə bölgənin siyasi və iqtisadi inkişafında Azərbaycanın rolunu önəmli dərəcədə artırıb.

 

XXI əsrin başlanğıcından etibarən Böyük İpək yolunun müasir əsaslar üzərində yenidən qurulması və Şərq–Qərb tranzit və enerji dəhlizi sisteminin yaradılması istiqamətində həyata keçirilən iri miqyaslı layihələr qlobal iqtisadi sistemə yeni nəfəs gətirən mühüm hadisələrdir.

 

Çağdaş dünyamızda gedən geosiyasi proseslər fonunda geniş Avrasiya coğrafiyasında nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Avropanın mərkəzində davam etməkdə olan müharibə və bir çox bölgələrdəki mövcud qarşıdurmalar Avrasiya miqyasında dövlətlərarası kommunikasiyaları iflic edir, bəzi sərhədlər bəzi ölkələrin üzünə qapanır. Ölkələr bir-biri ilə qarşılıqlı iqtisadi-ticari əlaqələri inkişaf etdirmək məqsədilə  beynəlxalq daşıma şirkətləri üçün iqtisadi cəhətdən səmərəli və daha təhlükəsiz yeni alternativ marşrutlar axtarırlar. Belə bir şəraitdə nəzərlər, ilk növbədə, Azərbaycana yönəlir. Son 20 ildə ölkənin nəqliyyat-tranzit infrastrukturuna yatırılan sərmayələrin funksionallığı və səmərəliliyi məhz burada özünü göstərir. Ölkəmiz Şimal–Cənub, Şərq–Qərb nəqliyyat marşrutlarının qovşağında olduğu kimi həm də demək olar ki, bütün dünyanın marağında olan Orta Dəhlizin çox mühüm həlqələrindən birini təşkil edir.

 

Bəllidir ki, tarixən də Azərbaycan Böyük İpək yolunun üzərində mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olub. Azərbaycan Böyük İpək yolunun bərpa edilməsi konsepsiyasını dəstəkləyən ilk ölkələrdən biridir.  Bu marşrutun yenidən canlandırılması perspektivini vaxtında dəyərləndirən Heydər Əliyev tarixi İpək yolunun bərpası və Azərbaycanın nəqliyyat-logistika imkanlarının dünyaya təqdim edilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirib.  

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1998-ci il sentyabrın 7–8-də Bakıda 9 ölkənin Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan dövlət başçılarının, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Böyük İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas oxtərəfli Saziş” imzalanıb. Əsas çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb. Müstəqil respublikamızın tranzit daşımaları baxımından cəlbediciliyini artırmaq üçün uzunmüddətli daxili sabitliyi təmin etmək, yüksək səviyyəli yol-nəqliyyat infrastrukturu qurmaq, milli qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq, Transxəzər marşrutu üzərində yerləşən dövlətlərlə koordinasiyalı fəaliyyət qurmaq və s. istiqamətlərdə görülən işlər bu gün daha bir əfsanənin – Avrasiya miqyaslı Böyük İpək yolunun reallaşdırılmasını mümkün edib. 

Ulu öndərin gerçəkləşdirdiyi Bakı-Novorossiysk, Bakı–Supsa neft kəmərləri, bu neft strategiyasının davamı olaraq Prezident İlham Əliyevin “Böyük İpək yolu”nun şaxələndirilməsi istiqamətində həyata keçirilmiş  Bakı – Tibilisi – Ceyhan əsas ixrac neft boru kəməri, TANAP və TAP qaz boru kəmərləri, Bakı–Tbilisi-Qars dəmir yolu xətti Avrasiya nəqliyyat dəhlizinin əsas sütunları sırasındadır.

 

Böyük İpək yolunun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlişində, onun mənəvi oyanışında və inteqrasiya proseslərində misilsiz rola malikdir. Xüsusilə də, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geostrateji vəziyyətdə geniş miqyaslı iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlığa yol açacaq Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasının bütünləşməsi istiqamətində atılan ən ciddi addımlardan biri olacaqdır.

 

Böyük İpək yolu üzərində ŞərqQərb enerji və nəqliyyat dəhlizi sistemlərinin yaranması XX əsrin qlobal tarixi hadisələridir. Müasir dövrdə Avropa və Asiyanın mərkəzi zolağı boyunca uzanan və 34-dən artıq dövlətin ərazisindən keçərək onları birləşdirən bu tarixi ipək yolunun tam bərpası və yeni infrastruktur vahidləri ilə onun funksionallığının artırılması bütün dünya və o cümlədən Azərbaycan üçün ölçüyəgəlməz əhəmiyyətə malikdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır