Modern.az

COP29-un Azərbaycanda keçirilməsini istəməyən dövlətlər...

COP29-un Azərbaycanda keçirilməsini istəməyən dövlətlər...

Aktual

27 İyul 2024, 10:30

Prezident İlham Əliyev bir müddət öncə çıxışlarının birində qeyd etdi ki, COP29-a ağız büzənlər var. Burada hansı qüvvələr nəzərdə tutulur? Bu tədbirin keçirilməsini istəməyən ölkələr hansılardır?

Mövzu ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük bir uğurdur:

“Xüsusilə də bu cür mötəbər bir tədbirin Azərbaycana etibar edilməsi uzun illərdir ölkəmizin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin məntiqi nəticəsidir. Eyni zamanda ölkəmizin müasir dövrün çağırışlarına cavab verən layihələri icra etməsi, beynəlxalq təşkilatlara rəhbərliyi dövründə fərqli məsələləri qabartması və ədalət prinsipini əsas tutması nəticə etibarilə Azərbaycanın bu yükün də altından uğurla çıxacağını deməyə imkan verir”.

Onun sözlərinə görə, ölkəmizin uğurlarını həzm bilməyən bəzi dövlətlər COP29-un Azərbaycanda keçirlməsinin  əleyhinə çıxır:
 

“Xüsusilə də insan hüquqlarının müdafiəçisi, ətraf mühitin qoruyucusu kimi təqdim olunan bəzi qeyri-hökumət təşkilatları və siyasətçilər də buna təkan verməyə çalışıblar. Azərbaycanın neft və qaz ölkəsi olmasını əsas arqument gətirərək ölkəmizi bu proseslərdən kənarlaşdırmaq istəyirdilər. Ancaq bu yanlış yanaşmadır. Azərbaycan neft və qaz ixrac edən dövlət olsa da, buna paralel olaraq "Yaşıl Enerji" gündəliyi də çox zəngindir. Artıq uzun illərdir ki, Azərbaycan "yaşıl enerji"yə keçidlə bağlı meqalayihələr reallaşdırır. Bunlar yalnız Azərbaycanın öz vəsaiti və gücü hesabına həyata keçirilmir. Azərbaycan eyni zamanda xarici investisiyaları da bu prosesə cəlb etməklə, yaxın gələcəkdə məhz "yaşıl enerji"nin Avropaya ixrac edilməsi ilə bağlı layihələri ortaya qoyan bir dövlət kimi çıxış etməsi bütün arqumentlərin üstündən xətt çəkməyə imkan verir. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzuru "Yaşıl ərazi" elan edərək "yaşıl enerji"nin məhz bu ərazilərdə istehsalı və tətbiqini hədəf seçməsi, "Ağıllı kənd" konsepsiyalarını bu ərazilərdə reallaşdırması nəticə etibarilə "yaşıl enerji"yə keçidi təmin edəcək. Nəticə etibarilə təbii qazın məhz Avropaya nəqlinin plnlaşdırılması da düşünürəm ki, ətraf mühitin qorunması üçün dəstəkdir. Azərbaycan öz ərazisində və regionumuzda havaya buraxılan zəhərli qazların miqdarının aşağı salınması ilə bağlı böyük layihələr həyata keçirilir. Bir sözlə, Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizəni hədəfləyən aparıcı dövlətlərdən biri olması üçün çox ciddi aparır”.


N.Həmzəyev qeyd edib ki, Azərbaycanın uğurlarını həzm edə bilməyən dövlətlərin başında məhz təcavüzkar Ermənistanı dəstəkləyən Fransa və onun siyasətinin tərəfdarları gəlir:

“Bu gün Azərbaycan COP29-a hazırlıq prosesinin əsas hissəsini uğurla başa çatdırıb. Yaxın dövrdə artıq biz COP29-un keçirilməsinə şahidlik edəcəyik. Azərbaycan bu təhdidləri və bizə qarşı olan mövqeyi, dezinformasiyaları tamamilə alt-üst etdi. Bu gün ölkəmiz bu prosesi uğurla tamamlamağa doğru yaxınlaşır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox uğurlu siyasət həyata keçirilir. Regionda dayanıqlı və uzunömürlü sülhə nail olmaq istəyirik, qlobal məkanda ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizəni təşviq edirik, "yaşıl enerji"yə keçidi sürətləndirməyə çalışırıq, region dövlətlərini də bu ətraf mühitin qorunması ilə bağlı öhdəliklərə əməl etməyə məcbur edirik. Xüsusilə də Ermənistanın Azərbaycana qarşı ekoloji terror törətməsi qəbuledilməzdir. İnanıram ki, COP29 keçirildikdən sonra ilk növbədə region dövlətlərinin həmrəyliyinə, daha sonra da qlobal məkanda dünyanın qorunması üçün fəaliyyətə nail ola biləcəyik. Nəticə etibarilə Azərbaycan bu ağır yükün də öhdəsindən gələcək. Necə ki, Vətən müharibəsində birlik, bərabərlik nümayiş etdirərək uzun illərdir yığılıb qalan və sülh yoluyla həlli istənilməyən bu problemi Azərbaycan öz gücü hesabına həll etdi. Düşünürəm ki, COP29-la bağlı da hər bir vətəndaşımız birlik nümayiş etdirməlidir. Sonuna qədər dövlətimizin yanında olmalıyıq. İnanıram ki, bu ağır işi yekunlaşdırdıqdan sonra da biz daha böyük zəfərlərə doğru addımlayacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri